Get Adobe Flash player
Bizimlə əlaqə

HƏSƏN OĞLU

İstilik sistemləri firması

Abbasov Həsən Abdulla oğlu

Ünvan:
N.Nərimanov pr. ev 77
Telefon:
Mobil: (050/055/070) 369-22-33
Ofis: (022) 257-82-77
Ziyarətçilər
free counters

HÖRMƏTLİ ALICI!

 Bizi seçdiyinizə görə sizə öz minnətdarlığımızı bildiririk. Sizin işinizə yarasaq şad olarıq. Bizim əsas məqsəqimiz sizin evinizi istilik sistemləri ilə təmin etmək, uzun müddətli servis xidməti göstərmək və istilik sistemlərinə aid bütün aksesuarların topdan və pərakəndə satışını təşkil etməkdir. Bunun üçündə Sizə münasib qiymət və endirim təklif edirik.

 

Azərbaycanın bütün bölgələrinə bir sıra yeniliklərlə gələn, «Həsənoğlu» İstilik Sistemlərinin Quraşdırılması firmasının təməli 2006-ci ildə Gəncə şəhərində qoyulmuşdur. Azərbaycanın bütün bölgələrinə istilik sistemlərinin quraşdırılması nəğd və kreditlə həyata keçirilir. Bütün ustalarımız Türkiyədə təcrübə keçirlər. İşlərimizə 10 il zəmanət verilir. 

«Həsənoğlu» firmasında cox təcrübəli və bacarıqlı mütəxəsislər fəaliyyət göstərir. Ustalardan ibarət briqadalara Gəncəbasar bölgəsində demək olar ki, istilik sistemlərinin çəkilişinin banisi Abbasov Həsən rəhbərlik edir. Bölgədə ən tanınmış ustaların ustadı olan Həsən əmi gənc yaşlarından ustalıqla məşğul olub. Bu gün də öz işindən zövq alır. 

Firmamızda xüsusi servis briqadası da fəaliyyət göstərir. Hər hansı bir işi tamamladıqdan sonra həmin müştəri ilə zəmanət müqaviləsi bağlanır. Müqavilədə göstərilən zəmanət müddətində müştəriyə təmannasız gün ərzində 24 saat serviz xidməti göstərilir. Müştərinin istəyindən asılı olaraq servis xidməti müddətini uzatmaq da olar. 

Evlərinizi istilik sistemləri ilə təmin etmək üçün saatlarını və günlərini bazar və dükanlarda itirən, müəyyən obyektiv və subyekktiv səbəblərdən aldanan istehlakçılara yardım məqsədi ilə yaranan «Həsənoğlu» İstilik Sistemləri firması bir çox xidmətləri ilə sizin qulluğunuzdadır.

Eviərinizin və hündür mərtəbəli binaların həcminə görə istilik hesabatlarının aparılması, nəmişlik dərəcəsindən asılı olaraq istilik itkilərinin hesabatının aparılması, döşəmə-altı istilik sistemlərinin quraşdırılması kimi işləri öz üzərinə götürür. 

İtaliyanın, Türkiyənin və Çexiya Respuplikasının istehsal etdiyi kombi və qazanların, Türkiyə istehsalı olan boru və fitinqlərin, Russiya bazarında xüsusi çəkisi olan İtaliyanın  içi tam oksid təbəqə ilə örtülmüş 16 və 6 bar təzyiqə davamlı, alliminium seksiyalı radiatorlarının, həmin firmaya məxsus boruların, pres-fitinqlərin və sıxıcı-fitinqlərin topdan və pərakəndə satışını və quraşdırılmasını təşkil edir. 

İstilik sistemlərinin topdan satışı ilə  məşğul olan istənilən ciddi firmaların məhsullarının bölgədə satışına da yardımçı ola bilərik. 

Firmamız Avropa tipli evlərin layihələrini də Sizlərə təklif edir. Həmin layihələrə uyğun evlərin tikilməsini, yüksək keyfiyyətli təmirini və təbii istilik sistemləri ilə quraşdırılmasını öz üzərinə götürə bilər. 

Bizim saytımızı sona qədər izləsəz sizi maraqlandıran bütün suallara cavab tapacaqsınız.

BİZİ SEÇDİYİNİZ ÜÇÜN TƏŞƏKKÜR EDİRİK!!!

Valyuta məzənnəsi
Hava proqnozu